Rəqs videosu paylaşdıqdan sonra reabilitasiya mərkəzinə yerləşdirildi

reqs-videosu-paylasdiqdan-sonra-reabilitasiya-merkezine-yerlesdirildi
Oxunma sayı: 1163

1990-cı illərin ən tanınmış pop ifaçılarından Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirilib. 

“Qafqazinfo”nun məlumatına görə, sənətçi şəxsi sağlamlıq problemləri və asılılıqla mübarizə çərçivəsində müalicə almağa qərar verib.

Mənbələrin bildirdiyinə görə, Britni Spirs yaxın çevrəsinin dəstəyi ilə kömək istəməyə qərar verib və vəziyyətinin kritik həddə çatdığını qəbul edib. Onun 30 günlük reabilitasiya proqramına başladığı qeyd olunur.

Sənətçinin bu addımı son aylarda davam edən hüquqi proseslər və şəxsi həyatındakı çətinliklərlə əlaqələndirilir.

Məlumata görə, Spirsə qarşı sərxoş vəziyyətdə avtomobil idarə etmə ilə bağlı məhkəmə işi də davam edir. İş üzrə növbəti iclasın 4 mayda keçiriləcəyi bildirilir.

Reabilitasiya mərkəzinə yerləşdirilməzdən əvvəl müğənni sosial şəbəkədə rəqs videosu paylaşaraq diqqət çəkib. Videoda o, Kardinin “I Like It” mahnısına uyğun hərəkətlər nümayiş etdirib.