“Barselona”nın müdafiəçisi Ronald Arauxo 2026/2027 mövsümünü icarə əsasında “Liverpul”da keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, İngiltərə klubu 27 yaşlı uruqvaylı müdafiəçinin transferini elan edib.
Müqavilədə mersisaydlıların mövsümün sonunda futbolçunu 55 milyon avroya satın almaq hüququnun olduğu bildirilir.
Tanınmış jurnalist Ben Ceykobsun məlumatına görə, “Liverpul” bu transfer üçün “Barselona”ya icarə haqqı ödəməyəcək, lakin oyunçunun maaşını tam qarşılayacaq. Arauxo da öz növbəsində yeni mövsüm üçün əməkhaqqısının bir qədər azaldılmasına razılıq verib.
Qeyd edək ki, təcrübəli müdafiəçi ötən mövsüm “Barselona”nın heyətində La Liqada 24 oyuna çıxaraq 3 qolla yadda qalıb.
Son xəbərlər
Son Xəbərlər