Rusiya Niderlanda tanınmış müğənnini göndərir

rusiya-niderlanda-taninmis-mugennini-gonderir
Oxunma sayı: 1694

Rusiyanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək müğənninin kimliyi açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, Niderland səhnəsində çıxış edəcək sənətçi Aleksandr Panayotovdur.

Əslən Ukraynadan olan 35 yaşlı Panayotovun ifa edəcəyi mahnının müəllifləri Mixail Qutseriyev, Vladimir Matetski və Leonid Qutkindir. Rus dilində səsləndiriləcək “Слез моих неудач” adlı bəstə martın 1-də tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, A. Panayatov Bakıda keçirilən “Jara” musiqi festivalında da iştirak edib.