Azərbaycan Universiteti doktoranturaya qəbul elan edir

azerbaycan-universiteti-doktoranturaya-qebul-elan-edir
Oxunma sayı: 302

Azərbaycan Universiteti 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.

“Qafqazinfo” xəbər verir ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir və 9 iyun saat 18:00-da yekunlaşacaq.

Qəbul dövlət sifarişli və ödənişli əsaslarla həyata keçirilir. Aşağıda qeyd olunan təhsilhaqları ödənişli əsaslarla qəbul olan Azərbaycan vətəndaşları üçündür. Əcnəbi vətəndaşlar üçün təhsilhaqqı 3400 AZN-dir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı:

- Diferensial tənliklər, 1 yer, qiyabi, 2000 AZN;

- İqtisadi fəaliyyət növləri, 1 yer, əyani, 2000 AZN;

- Ümumi iqtisadiyyat, 1 yer, əyani, 2000 AZN;

- Müəssisələrin təşkili və idarə olunması, 1 yer, əyani, 2000 AZN;

- Sahə iqtisadiyyatı, 1 yer, əyani, 2000 AZN;

- Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, 1 yer qiyabi, 2000 AZN;

- Azərbaycan ədəbiyyatı, 1 yer, qiyabi, 2000 AZN;

- Dünya ədəbiyyatı (ingilis, alman, fransız), 1 yer, qiyabi, 2000 AZN;

- Sosial problemlər, 1 yer qiyabi, 2000 AZN;

- Sosial iş, 1 yer, qiyabi, 2000 AZN.

Daha ətraflı məlumat üçün

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi

Tel.: (+994 12) 431 41 12/13/16 (daxili 126), 055 205 14 31