ABŞ-nin dövlət katibi Marko Rubio Rusiya Prezidenti Vladimir Putinin mesajını ölkə lideri Donald Trampa çatdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilir ki, bu, dövlət katibinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığından sonra baş verib.
Məlumata görə, Rubio Lavrovun Putindən Trampa ünvanlanan mesaj ötürdüyünü bildirib. Onun sözlərinə görə, o bu mesajı Trampa çatdırıb.
Xatırladaq ki, ötən gün Sergey Lavrov ilə Marko Rubio arasında telefon danışığı baş tutub.
Son xəbərlər
Son Xəbərlər