“Araz-Naxçıvan” da baş məşqçisini göndərdi

araz-naxcivan-da-bas-mesqcisini-gonderdi
Oxunma sayı: 400

“Araz-Naxçıvan” baş məşqçisi Andrey Demçenko ilə yolları ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Onun klubla müqaviləsi başa çatıb.  Klub rəhbərliyi ukraynalı mütəxəssisə təşəkkür edib, karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, Demçenko 2026-cı ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 17 rəsmi oyun keçirib. Bu matçlardan 6-da qələbə qazanıb, 2-də heç-heçə edib.

"Araz Naxçıvan" çempionatı 6-cı yerdə başa vurub.

Qeyd edək ki, bir neçə saat öncə “Sumqayıt” baş məşqçisi Saşa İliçlə yolları ayırdığını açıqlamışdı.