Talıbovlar ailəsinə ümumilikdə 2259 manat sosial ödəniş edilir - Rəsmi

talibovlar-ailesine-umumilikde-2259-manat-sosial-odenis-edilir
Oxunma sayı: 1190

İmişlinin Qaragüvəndikli kəndində yaşayan çoxuşaqlı Talıbovlar ailəsinə ümumilikdə 2259 manat sosial ödəniş edilir.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin “Facebook” hesabındakı paylaşımında yer alıb.

“İmişlinin Qaragüvəndikli kəndində yaşayan çoxuşaqlı Talıbovlar ailəsi ilə bağlı İTV-nin pozitiv süjetini izlədik. Təbii ki, qayğı və sevgi mühitinin hökm sürdüyü, hər uşağın valideyn nəvazişi ilə əhatə olunduğu belə ailələri görmək insanda xoş duyğular yaradır​. Qeyd edim ki, 8 uşağın böyüdüyü bu ailənin sosial dəstəklə təminatı üçün DSMF tərəfindən müvafiq işlər aparılıb.

Süjetdə ailəyə ödənildiyi bildirilən 1120 manat Talıbovlar ailəsinə beşdən çox uşağın olmasına görə ödənilən müavinətdir. Bu müavinətlə yanaşı, həmin ailə davamlı olaraq ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Hazırda da ailə ünvanlı sosial yardım və ailədəki 1 yaşadək uşağa müavinət olaraq 1139 manat aylıq sosial ödənişlə təmin olunur.

Yəni ailəyə hazırda ümumilikdə 2259 manat sosial ödəniş edilir və bundan sonra da digər çoxuşaqlı ailələr kimi, Talıbovlar ailəsi də daim diqqətdə saxlanacaq”, - paylaşımda deyilir.