Rusiyadakı partlayışların səbəbi açıqlandı - Yenilənib+Video

rusiyadaki-partlayislarin-sebebi-aciqlandi
Oxunma sayı: 3775

Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayışlar baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Avdeyev teleqramda məlumat yayıb.

Yerli sakinlər teleqram kanallarında partlayış səslərinin hərbi hissənin ərazisində olduğunu bildirirlər.

Hadisədən sonra Kirjaç rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Rayonun Barsovo və Mirnı kəndində təxliyə başlayıb. Məlumata görə, vətəndaşlar qonşu kənddəki məktəblərə təxliyə edilir.

***

Rusiya Müdafiə Nazirliyi Vladimir vilayətindəki hərbi hissədə yanğın nəticəsində baş vermiş partlayışın səbəbini açıqlayıb:

“Yanğına səbəb partlayıcı materiallarla işləyərkən təhlükəsizlik tələblərinin pozulmasıdır”.

Qeyd olunub ki, ilkin məlumatlara görə, tələfat yoxdur.

Rusiyanın müdafiə naziri Andrey Belousovun göstərişi ilə hadisənin bütün hallarını müəyyən etmək üçün komissiya yaradılıb. Bildirilib ki, səlahiyyətli şəxslər məsuliyyətə cəlb olunacaqlar.