Rusiyada Rövşən Əsgərova qarşı cinayət işi başlanıldı

rusiyada-rovsen-esgerova-qarsi-cinayet-isi-baslanildi
Oxunma sayı: 8455

Rusiyada azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində cinayət işi başlanılıb.

Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.

O, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur.

RF İstintaq Komitəsi müəyyən edib ki, 49 yaşlı Əsgərov feysbukda rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.

İstintaq Komitəsindən bildirilib ki, bu cür əməllərə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyəti nəzərdə tutulur.

Qeyd edək ki, R. Əsgərov “Nə? Harada? Nə zaman?”ın 2001-ci ilin qış seriyasında Ales Muxinin başçılıq etdiyi komandanın tərkibində çıxış edərkən klubun ali mükafatlarından sayılan “Büllur bayquş” mükafatına layiq görülüb.