Rusiyanın Bryansk vilayətinin Starodub rayonunun Kurkoviçi kəndinə hücum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz teleqram kanalında məlumat verib.
“Ukrayna Silahlı Qüvvələri Starodub rayonunun Kurkoviçi kəndinə hücum ediblər. Ölən və yaralananlar olmayıb. Hücum nəticəsində enerji təchizatı dayandırılıb”, - deyə siyasətçi bildirib.
Xəbəri rus dilində oxuyun: Кыргызстан передал Азербайджану 5 членов ОПГ
O əlavə edib ki, artıq təcili yardım xidmətləri hadisə yerində işləyir.