Rusiyaya görə İranı sanksiya ilə hədələdilər

rusiyaya-gore-irani-sanksiya-ile-hedelediler
Oxunma sayı: 2258

G7 ölkələri İrana ölkəyə qarşı sanksiyalar tətbiq etməklə bağlı xəbərdarlıq ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat G7-nin saytında paylaşılıb. 

“İran Rusiyaya ballistik raketlər və müvafiq texnologiyalar göndərməyə başlasa, biz tez və koordinasiyalı şəkildə reaksiya verməyə hazırıq. Bu reaksiyaya isə İrana qarşı yeni və əhəmiyyətli tədbirlər də daxildir”, - deyə məlumatda qeyd olunub. 

Bildirilir ki, İran artıq Rusiyaya pilotsuz uçuş aparatları göndərib və İran silahlarının yeni partiyasının tədarük edilməsi regional qeyri-sabitliyi gücləndirəcək. 

Qeyd edək ki, fevralın 21-də “Reuters” agentliyi altı iranlı hərbi məmura istinadən İranın Rusiyaya 400 ədəd ballistik raket göndərməyə hazırlaşdığını yazıb. Buna cavab olaraq, ABŞ Dövlət departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller İranı “sürətli və sərt tədbirlər”lə hədələyib. Avropa İttifaqı isə sözügedən silah partiyasının göndərilməsi halında İrana qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. 

Xatırladaq ki, G7 ölkələrinə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ daxildir.