Sabah bu rayonlarda qaz olmayacaq

sabah-bu-rayonlarda-qaz-olmayacaq
Oxunma sayı: 4670

Sabah Balakən və Bakının Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, martın 6-da saat 09:00-dan “Katex” qaz paylayıcı stansiyalarının (QPS) daxilində aşkar olunmuş qaz sızmasının ləğvi, saat 10:00-dan “Buzovna” QPS-dən qidalanan “Broylerətrafı (Quşçuluq)” yaşayış massivinə gedən qaz kəmərinin birləşmə nöqtəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan zaman Balakən rayonu üzrə Katex və Baretbinə kəndlərinin, paytaxtın Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.