Sabahdan temperatur enir, qar yağacaq - Xəbərdarlıq

sabahdan-temperatur-enir-qar-yagacaq
Oxunma sayı: 2162

Fevralın 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 4-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Fevralın 4-ü gün ərzində və 5-i gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

Fevralın 4-dən 7-dək bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.