“Sabah”ın gənclərinin oyununda norveçli hakim

sabahin-genclerinin-oyununda-norvecli-hakim
Oxunma sayı: 329

UEFA Gənclər Liqasının (U-19) əsas mərhələsinin 2-ci turunun Masazırda keçiriləcək “Sabah” – “Slaviya” (Praqa) oyununun hakimləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, oyuna Marius Hansen-Qrötta təyin edilib. Ona yan xətt hakimləri Aleksandr Yeqer və Henrik Sunne kömək edəcəklər.

Hakimlər briqadası Norveçdəndir. “Sabah” (U-19) və “Slaviya” (U-19) arasındakı oyun oktyabrın 13-də “Bank Respublika Arena”da keçiriləcək və görüşə saat 15:00-da start veriləcək.