“Bu dəqiqə çox yaxşı “Sabah” var. Özünəməxsus oyun üslubu olan komandadır, yaxşı kollektiv və yaxşı baş məşqçiləri var”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
“Üstünlük onlar tərəfdədir. Amma sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Xeyirlisi. Heç vaxt deməmişəm ki, taleyimiz öz əlimizdədir, hər şey Allahın əlindədir”, - o qeyd edib.
Q.Qurbanov “Sabah”ın Qubadakı stadionda “İmişli”yə 5 cavabsız qol vurmasına da münasibət bildirib:
“Hazırkı “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm. Stadionun durumu bizimlə oyundan daha yaxşı idi. Nə qədər futbolçu orada zədədən qurtuldu”.
Son xəbərlər
Son Xəbərlər