“Sabah”ın qapıçısı Kurtuaya şərik oldu

sabahin-qapicisi-kurtuaya-serik-oldu
Oxunma sayı: 388

“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçılar arasında ilk beşlikdədir.

“Qafqazinfo” xəbər verir ki, Qazaxıstan millisinin üzvü ilk 2 turda 11 qurtarış edib.

O, bu göstəricidə Madrid “Real”ının qapıçısı Tibo Kurtua ilə 4-5-ci yerləri bölüşür.

Siyahıya 14 qurtarışla “Brügge”nin qapıçısı Yan Sommer və Bratislava “Slovan”ının qolkiperi Dominik Takaç başçılıq edirlər. Üçüncü pillədə isə 12 seyvlə “Portu”nun qapıçısı Dioqu Koşta qərarlaşıb.