Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar.
“Qafqazinfo”nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq.
***
“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsi indi qərar elan edib.
Qərara əsasən, Emin və Elmar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla Emin və Elmara Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Prokuror cinayətin ağırlığını və ictimai təhlükəliliyini nəzərə alaraq təqsirləndirilən şəxslərin həbs edilməsini tələb edib.
Hakim tərəfləri dinlədikdən sonra təqdimatı əsaslı hesab edib.
Onlar ikisi də məhkəmədən istintaq təcridxanasına aparılıb.
Qeyd edək ki, indi həbs edilən Emin və Elmar qətl törətdikdən sonra hadisə yerindən qaçıb gizləniblər. Onlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat tədbiri nəticəsində saxlanılıblar.
Bundan əlavə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN) istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də daxil olmaqla 11 nəfər tutulub.
Ötən gün 11 nəfər barəsində cinayətkar birlik yaratma, eləcə də onun fəaliyyətində iştirak etmə, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və başqa maddələri ilə həbs qətimkan tədbiri seçilib.
Planlı cinayətdə ittiham olunan şəxslərə verilmiş ittihamların sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər