Saçları ilə rəqibə iki qırmızı vərəqə aldırdı - Video

saclari-ile-reqibe-iki-qirmizi-vereqe-aldirdi
Oxunma sayı: 871

CONCACAF Millətlər Liqasının C liqasında Antiqua və Barbuda ilə Angilya arasında keçirilən matçda maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Angilya millisinin futbolçusu Aedan Skipio rəqibin 2 qırmızı vərəqə almasına səbəb olub. 

Uzun saçları ilə diqqət çəkən oyunçu 69-cu dəqiqədə meydana daxil girib. 

Bundan sonra isə rəqib oyunçular Keon Qrin və Şalon Nayt Skipionun saçlarını çəkdiyi üçün meydandan qovulub. 

Buna baxmayaraq onun komandası 0:5 hesabı ilə uduzub.