Türkiyəli aktyor, komediyaçı Şafak Sezer son görüntüsü ilə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
“Qafqazinfo” xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri aktyorun botoks etdirdiyini iddia edərək “botoksun dozası artıq olub” kimi fikirlər səsləndiriblər.
Qeyd edək ki, daha əvvəl də Şafak Sezer haqqında “yağ aldırdığı” və “8 günə 8 kilo arıqladığı” ilə bağlı iddialar yayılmışdı. Aktyor isə bu söz-söhbətlərə yumorla cavab verərək, “Bizim evdə elə bir cihaz var, gedirəm 8 günə 8 dəfə şişib qayıdıram” sözləri ilə diqqət çəkmişdi.

Son xəbərlər
Son Xəbərlər