Sahədə soğan yığarkən öldü

sahede-sogan-yigarken-oldu
Oxunma sayı: 863

Ağdamda qadın işlədiyi ərazidə ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 13 radələrində Mərzili kəndinin ərazisində baş verib.

Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Xanım Qeyis qızı Məmmədova sahədə soğan yığımı zamanı halının pisləşməsi nəticəsində ölüb.

Araşdırma aparılır.