Prokuror Yekaterinburqda Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskiyə 23 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
“Qafqazinfo” “66.ru”ya istinadən xəbər verir ki, ona qarşı bəzi ittiham maddələri üzrə 15 illik iddia müddətləri bitdiyindən prokuror ömürlük həbs cəzası istəməyib.
Bundan başqa, dövlət ittihamçısı Akif Səfərovun 23 il, Ayaz Səfərovun 22 il, Kamal və Bəkir Səfərovların müvafiq olaraq 18 və 13 il, Məzahir Səfərovun 13 il və Şücaəddin Rəcəbovun 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.
Prokurorluq təqsirləndirilən şəxslərin cəza müddətinin ilk 5 ilini həbsxanada keçirmələrini tələb edib.
Xatırladaq ki, daha əvvəl Yekaterinburqun Kirov Rayon Məhkəməsinin Andlı iclasçılar kollegiyası Uraldakı Azərbaycan diasporunun üzvlərini 2001 və 2010-cu illərdə sahibkarların öldürülməsi və öldürülməsinə cəhddə təqsirli bilib.
Xatırladaq ki, 2025-ci il iyunun 26-sı Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Saxlanılma zamanı hər iki şəxs aldıqları xəsarətlərdən həyatlarını itiriblər. Onların qohumları isə həbs olunub. Daha sonra Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxslinski həbs ediliblər.
Şahin Şıxlinski digər şəxslərin öldürülməsi və öldürülməsinə cəhddə, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur. Mutvalı Şıxlinski isə hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir.
Son xəbərlər
Son Xəbərlər