Salyanda ölümlə nəticələnən ağır yol qəzası - Fotolar + Yenilənib

salyanda-olumle-neticelenen-agir-yol-qezasi
Oxunma sayı: 9801

Salyanda ağır yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun yük maşını ilə toqquşması ilə nəticəsində 11 nəfər xəsarət alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 54-cü kilometrliyində baş verib.

Həsənov İbrahim Əkbər oğlunun idarə etdiyi "Mercedes" markalı, 04-BJ-781 dövlət qeydiyyat nişanlı marşrut xətti üzrə hərəkət edən sərnişin avtomobili ilə Hacıyev Murad Adil oğlunun idarə etdiyi "Howo" markalı, 77-DT-640 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan Salyan rayon sakini 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xaliq oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.