“Şamaxı” və “Səbail”dən qolsuz heç-heçə

samaxi-ve-sebailden-qolsuz-hec-hece
Oxunma sayı: 850

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun ilk oyununda “Şamaxı” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib.

Matç qolsuz heç-heçə ilə başa çatıb.

Uzun müddətdir məğlubiyyət tanımayan lider “Araz-Naxçıvan” isə bu dəfə “Sabah”ı sınağa çəkəcək.

“Zirə” – “Turan Tovuz” və “Neftçi” – “Kəpəz” oyunları sabah, “Qarabağ” – “Sumqayıt” matçı isə dekabrı  16-da keçiriləcək.

Azərbaycan Premyer Liqası
17-ci tur
14 dekabr

“Şamaxı” – “Səbail” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
Şamaxı şəhər stadionu, 14:20.