Şamaxıya baş memar təyin edildi

samaxiya-bas-memar-teyin-edildi
Oxunma sayı: 571

Şamaxı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Əmr imzalayıb.

Əmrə əsasən, Rəvan Əlizadə qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri - şəhərin baş memarı vəzifəsinə təyin olunub.

R.Əlizadə artıq vəzifəsinin icrasına başlayıb.