Samuxda ağır qəza - 39 yaşlı kişi öldü

samuxda-agir-qeza
Oxunma sayı: 1349

Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Əhmədbəyli kənd yolunda qeydə alınıb.

Belə ki, yük və minik avtomobillərinin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Ceyhun Nəzərov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev