Sarkisyan Paşinyana rəqib olur

sarkisyan-pasinyana-reqib-olur
Oxunma sayı: 1128

Ermənistanın “Respublika” partiyasının sədri Aram Sarkisyan ölkənin Baş naziri vəzifəsinə namizəd olacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkə hesabında bildirib.  

Parlament seçkilərində iştirak edəcək partiya sədri Ermənistan parlamentində Qərb dəyərlərini tam dəstəkləyən siyasi qüvvə və ya qüvvə nümayəndəsinin olmasını zəruri hesab etdiyi üçün bu qərara gəldiyini bildirib.  

Qeyd edək ki, A.Sarkisyan 1999-2000-ci illərdə Ermənistanın Baş naziri olub. “Respublika” partiyası hazırki Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyasının müttəfiqi hesab olunur. 

Onu da xatırladaq ki, Ermənistanda parlament seçkiləri bu il iyunun 7-də keçiriləcək.