Şəhid ailələri və qazilərə bayram sovqatı payladılar - Fotolar

sehid-aileleri-ve-qazilere-bayram-sovqati-payladilar
Oxunma sayı: 334

“Aqro-Vest DC” şirkəti 2026-cı ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakı şəhərinin müxtəlif rayonlarında yaşayan şəhid ailələrinə və müharibə əlillərinə qida məhsullarından ibarət bayram sovqatı verib. 

“Qafqazinfo” xəbər verir ki, şirkətin əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibə əlillərinin yaşadıqları ünvanlara gedərək onlarla söhbət edib və bayramlaşıblar. 

Bildirilib ki, vətən torpaqları uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə, sağlamlığını itirən müharibə əlillərinə diqqət və qayğı hər birimizin mənəvi borcudur. 

Şirkət şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə və müharibə əlillərinə isə cansağlığı diləyir, onları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir!

#“Aqro-Vest DC” MMC