Səhnəmizin Florası 85 yaşında...

sehnemizin-florasi-85-yasinda
Oxunma sayı: 1242

Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür.

“Qafqazinfo” 85 yaşını qeyd edən sənətkarla əlaqə saxlayıb.

Xalq artisti bildirib ki, ad gününü ailəsi ilə birlikdə qeyd edəcək: “Özümü yaxşı hiss edirəm. Hazırda evdəyəm, istirahət edirəm. Doğum günümü ailəmlə, yaxınlarımla birlikdə keçirəcəyik”.

Qeyd edək ki, F.Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Sənət fəaliyyətinə hələ 13 yaşında başlayan sənətkar uzun illər Azərbaycan Dövlət Filarmoniyasında, AzTV-də və ölkənin müxtəlif mədəniyyət ocaqlarında çıxış edib. Flora Kərimova dörd oktavanı əhatə edən nadir səs diapazonu ilə seçilən müğənnilərdən biri kimi tanınır. Azərbaycan Televiziyasının “Qızıl Fond”unda ən çox əsəri qorunan sənətkarlardan biri də məhz Flora Kərimovadır.

Müğənni kino sahəsində də fəaliyyət göstərib. O, “Qanun naminə”, “Toyda görüş”, “Həyat bizi sınayır”, “Yollar görüşəndə...”, “Arşın mal alan” və “Qayınana” filmlərində rol alıb, eyni zamanda onlarla bədii, sənədli və cizgi filminə mahnılar səsləndirib.

1992-ci ildə “Xalq artisti” fəxri adına layiq görülən Flora Kərimova “Şərəf” ordeni, Prezidentin fərdi təqaüdü və bir sıra nüfuzlu mükafatlarla təltif edilib.

Lamiyə Məmmədova