Hindistanın Maharaştra ştatının Beed bölgəsində polis “saxta gəlin” tələsi ilə fəaliyyət göstərən mütəşəkkil fırıldaqçılıq şəbəkəsini aşkarlayıb.
“Qafqazinfo” xəbər verir ki, doqquzuncu evliliyində tutulmuş qadının əvvəllər səkkiz fərqli kişi ilə oxşar saxta nikahlara girdiyi və hər birindən pul aldığı məlum olub.
Hadisə Umapur kəndində yaşayan bir kişinin doqquzuncu qurban olması ilə ortaya çıxıb. İddialara görə, qadın və dəstə üzvləri evlilik bəhanəsi ilə kişini tələyə salaraq, qısa müddətdə yüz minlərlə rupi əldə ediblər.
İstintaq zamanı qadının sistemli şəkildə çoxsaylı kişiləri aldadaraq pul topladığı müəyyən edilib. Zərərçəkmiş şəxs vəziyyəti anlayaraq polisə müraciət edib, araşdırmalar nəticəsində digər əlaqələrin də müəyyən edilməsi üçün əməliyyatlar davam etdirilir.
Beed və ətraf bölgələrdə oxşar fırıldaqçılıq halları əvvəllər də qeydə alınıb. Polis xüsusilə maddi vəziyyəti yaxşı olan kişilərin evlilik bəhanəsi ilə hədəfə alınaraq aldadıldığını bildirir və vətəndaşları diqqətli olmağa çağırır.


Son xəbərlər
Son Xəbərlər