Şəmkirdə 43 yaşlı kişi odlu silahla qətlə yetirildi

semkirde-43-yasli-kisi-odlu-silahla-qetle-yetirildi
Oxunma sayı: 3743

Şəmkirdə odlu silahla qətl törədilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib. 1979-cu il təvəllüdlü Ruslan Bayramov ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib. 

Hələlik hadisənin kim tərəfindən və hansı səbəblə törədildiyi məlum deyil.

Qətli törədən şəxsin tapılaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Amin Nəzərli