Serenay ilk dəfə Mertlə görüntüləndi - Video

serenay-ilk-defe-mertle-goruntulendi
Oxunma sayı: 2379

Bir neçə müddətdir sevgili olduqları deyilən iki məşhur sima - aktrisa Serenay Sarıkaya və müğənni Mert Demir ilk dəfə əl-ələ görüntüləniblər.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsi həyatını ictimaiyyətdən gizli saxlamağa üstünlük verən Serenay tez-tez Mertin konsertlərinə onu dinləməyə getsə də, indiyə qədər onunla kamera qarşısına keçməyib. Qısa zaman öncə ona verilən “Mert Demirlə münasibətiniz nə yerdədir?” sualını da cavablandırmamışdı.

Ötən gün isə cütlük birlikdə əyləndikləri məkandan çıxarkən kameralara tuş gəlib.

Demir Sarıkayanın əlindən tutaraq maşınına tərəf yollanıb. Onlar jurnalistlərin suallarını cavabsız qoyaraq aktrisanın evinə gediblər.