Sərxanın vəziyyəti hələ də ağırdır

serxanin-veziyyeti-hele-de-agirdir
Oxunma sayı: 3902

Dekabrın 25-i yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb.

Mərkəzi Klinik Xəstəxanadan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti orta-ağır olaraq qalır: “Sərxan Hüseynli pediatrik Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta-ağır stabil olaraq qalır”.

Xatırladaq ki, hadisə Bakının mərkəzi küçələrindən birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.