Sevil Mikayılova seçicilərlə növbəti görüşlərini keçirib - Fotolar

sevil-mikayilova-secicilerle-novbeti-goruslerini-kecirib
Oxunma sayı: 2323

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçiciləri ilə növbəti izdihamlı görüşlər keçirib.

"Qafqazinfo" xəbər verir ki, S.Mikayılova bu dəfə seçki dairəsinə daxil olan Xudat şəhərində yaşayan seçicilərlə, şəhərin mədəniyyət evində sakinlər qarşısında izdihamlı çıxış edib.

Seçicilərin kütləvilik təşkil etdiyi görüşlərdə S.Mikayılova xoş münasibətlə qarşılanıb və seçicilərin rəğbətini qazanıb.

S.Mikayılova görüşdə Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, ölkəmizin dinamik inkişafı, son illərdə həyata keçirilən hərtərəfli islahatlar, sosial layihələr haqqında seçicilərə geniş məlumat verib, o cümlədən onları maraqlandıran məsələləri dinləyib və suallarını cavablandırılıb.

Deputatlığa namizəd bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin əsasında insan amili, milli və dövlətçilik maraqları dayanır. O qeyd edib ki, son illərdə ölkəmizdə reallaşdırılan hərtərəfli inkişaf strategiyası, aparılan geniş miqyaslı islahatlar, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri ölkəmizin dayanıqlı inkişafına imkan verir, insanlarımızın sosial rifahının və həyat şəraitin yüksəlməsinə xidmət edir.

O qeyd edib ki, Azərbaycanda həyata keçirilən islahatlar, sosial-iqtisadi inkişaf layihələr ardıcıl xarakter daşıyır.

S.Mikayılova onu da vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin inkişafının müsbət təsirlərini öz həyatında hiss edir.

Daha sonra S.Mikayılova namizədliyini irəli sürdüyü dairəyə daxil olan Əhmədoba, Hacıəhmədoba, Qaracəli, eləcə də İstisu qəsəbəsi və Seydlər kəndində seçicilərlə görüşüb.

S.Mikayılova görüşlərini Ləcət, Susayqışlaq kəndi və Yalama qəsəbə sakinləri ilə davam etdirib.

Görüşlər zamanı çıxış edən seçicilər də ölkəmizdə görülən işlərin onların həyatına müsbət təsirini qeyd ediblər. Onlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən aparılan geniş miqyaslı quruculuq işlərini yüksək qiymətləndiriblər.

Seçicilər həmçinin deputatlığa namizəd S.Mikayılovanın seçkiqabağı təşviqat kampaniyası dövründə seçiciləri ilə mütəmadi görüşlərini, ətraflı müzakirələr aparmasını müsbət dəyərləndiriblər və təşəkkürlərini bildiriblər. Seçicilər S.Mikayılovanın onların etimadını doğruldacağına inandıqlarını bildirərək 9 fevralda ona səs verəcəklərini diqqətə çatdırıblar.