Şeydayevin “Kocaelispor”da ilk qolu - Video

seydayevin-kocaelisporda-ilk-qolu
Oxunma sayı: 1712

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də formasını geyindiyi “Kocaelispor” klubu Türkiyə 1-ci liqasının 30-cu turunda “Giresunspor”a 2:0 hesabı ilə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, yığmamızın forvardı bu görüşdə qol vurub. 

O, 8-ci dəqiqədə fərqlənib. Bu R.Şeydayevin “Kocaelispor”da ilk qolu olub.