Simonyanın qardaşının həyat yoldaşı saxlanıldı - Yenilənib

simonyanin-qardasinin-heyat-yoldasi-saxlanildi
Oxunma sayı: 2631

Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan saxlanılıb və hazırda ölkənin İstintaq Komitəsindədir.

“Qafqazinfo” “Aravot” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Gevorkyanın vəkili Muşeq Aleksanyan açıqlayıb. 

Vəkil məsələ ilə bağlı detalları açıqlaya bilmədiyini deyib. Bununla belə, o, Ani Gevorkyanın saxlanılmasının onun proqramlaşdırma üzrə şirkətdəki əvvəlki iş yeri ilə bağlı olduğunu bildirib.

***

“Sputnik Ermənistan”ın məlumatına görə, Ani Gevorkyan Ermənistanın iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryan və dövlət investisiyaları siyasəti departamentinin rəhbəri Liliya Sirakanyanın saxlanıldığı iş üzrə İstintaq Komitəsinə aparılıb. Sözügedən şəxslər vəzifə öhdəliklərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Ümumilikdə Ermənistanın İqtisadiyyat Nazirliyində əməliyyat-axtarış tədbirlərindən sonra bu iş üzrə 7 nəfər saxlanılıb.