Şinzo Abeni güllələyən şəxsin psixoloji probleminin olmadığı təsdiqləndi

sinzo-abeni-gulleleyen-sexsin-psixoloji-probleminin-olmadigi-tesdiqlendi
Oxunma sayı: 1809

Ötən ilin yayında Yaponiyanın sabiq Baş naziri Şinzo Abeni qətlə yetirən Teçuya Yamaqaminin psixiatrik müayinəsi başa çatıb.

“Qafqazinfo” “TBS” telekanalına istinadən xəbər verir ki, ötən ilin iyul ayından davam edən müayinənin nəticələrinə əsasən Yamaqami qətli törədərkən anlaqlı vəziyyətdə olub.

Bu səbəbdən də, o, qapalı tibb müəssiəsindən Nara şəhərində yerləşən həbsxanaya köçürülüb. 

Məlumata görə, yanvarın 13-nə qədər Yamaqamiyə qarşı qətl və qanunsuz silah saxlamaqla bağlı ittihamlar irəli sürüləcək.

Xatırladaq ki, keçmiş hərbçi Teçuya Yamaqami 2022-ci il iyulun 8-i Nara şəhərində çıxış edən Şinzo Abeni belindən güllələyərək qətlə yetirib.