Sonuncu sualı bilsə, 1 milyon qazanacaq... - Video

sonuncu-suali-bilse-1-milyon-qazanacaq
Oxunma sayı: 7480

Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster” verilişində maraqlı anlar yaşanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, verilişə qatılan Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı ard-arda verdiyi doğru cavablarla milyonluq sualı açdırmaq haqqı qazanıb.

24 yaşlı Rabia “İstiqlal Marşını TBMM kürsüsündə ilk dəfə kim oxuyub” sualına doğru cavab verərək 400 min TL (25 400 AZN) qazanıb. Gənc qızın bu qələbəsindən sonra aparıcı Kenan İmirzalıoğlu “Səni qucaqlayıb öpmək istəyirəm. Möhtəşəmsən” deyərək onu alnından öpüb.

Rabiaya 1 milyon TL-ni (63 500 AZN) qazandıracaq 12-ci sual isə növbəti verilişə saxlanılıb.