Süfrəyə 12 baş soğan qoyurlar, sürpriz kökə bişirirlər...

sufreye-12-bas-sogan-qoyurlar-surpriz-koke-bisirirler
Oxunma sayı: 497

Bayram süfrəsi hazırlayarkən Yeni il ruhunu əks etdirən rəng seçiminə və süfrənin rəngarəng görünüşünə diqqət yetirmək tövsiyə olunur. Qızılı, qırmızı və digər əlvan rəngli dekorasiyalarla süfrəni bəzəmək əhvalınızı yüksəldəcək. Şamlar, Yeni il aksessuarları və kiçik bir çiçək dəstəsi də süfrəyə təravət, təmizlik və yenilik ab-havası qatır.

“Qafqazinfo” xəbər verir ki, dünyanın müxtəlif ölkələrində Yeni il süfrəsi ilə bağlı maraqlı adətlər mövcuddur:

Finlandiya

Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan tamamlanmır.

Rusiya

Süfrədə müxtəlif yeməklər, salatlar və piroqlar mütləq olmalıdır. Xəmirdən heyvan fiqurları bişirilir, süfrənin ortasında isə odda qızardılmış donuz balası qoyulur. Donuz bolluq və var-dövlət simvoludur. Quş əti isə süfrəyə qoyulmur, inanca görə, xoşbəxtlik uçub gedə bilər.

Macarıstan

Süfrəyə qaz, ördək və toyuq qoyulmur. Xüsusilə subay qızlar bu adətə riayət edir ki, yeni ildə ərə getmək şansları artsın.

Almaniya

Süfrədə 12 baş soğan qoyulur, amma yemək üçün deyil. Soğanların altına duz səpilir və saat 12-də hansı soğanın duzu əridib udduğu ilə ilin hava proqnozları təxmin edilir.

Kuba

Yeni il gecəsi hər kəs saat 12-də on iki gilə üzüm yeməlidir. Bu adət ilin bütün aylarının şirin keçəcəyinə inamdan qaynaqlanır.

Rumıniya

İçərisi sürprizlərlə dolu kökə bişirilir. İçinə pul, gümüş üzük və acı istiot qoyulur. Kimin payına nə çıxarsa, ona uyğun il boyu həyatında uğurlar və ya ehtiyatlılıq gətirir.