“Sülh sazişinin imzalanmasına diqqət yönəltmək lazımdır” - Paşinyan

sulh-sazisinin-imzalanmasina-diqqet-yoneltmek-lazimdir
Oxunma sayı: 556

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasına diqqət yönəltmək lazım olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında yayımladığı videomüraciətdə danışıb.

“Bu baş verən kimi (sazişin imzalanması – red.) deyə bilərik ki, Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq”, - Paşinyan qeyd edib.