Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum WUF13 “Urban Expo” çərçivəsində təşkil edilən Türkiyə pavilyonunu ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, pavilyonda jurnalistlərə açıqlama verən türkiyəli nazir forum çərçivəsində Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi ilə Azərbaycan Energetika Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını bildirib.
Digər ölkələrin nümayəndələri ilə şəhərlərin gələcəyinə dair müzakirələr apardığını deyən M.Kurum forumun əhəmiyyətindən bəhs edib: “Buradan bütün azərbaycanlı dostlarımıza cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırmaq istəyirəm. Biz Azərbaycanla olan münasibətlərimizi gücləndirəcək strateji əməkdaşlığımızı daha da artıracaq qətiyyəti nümayiş etdirməyə davam edəcəyik. Bölgəmizdə iki güclü dövlət olmağımızı istəyirik və bölgəmiz, dünyamız üçün sülhün, sabitliyin hökm sürdüyü dünya üçün birlikdə çalışmaq istəyirik”.
Türkiyənin bu ilin noyabrı Antalyada COP31 tədbirinə ev sahbliyi edəcəyini xatırladan nazir tədbirdə 100 mindən çox qonağın iştirak edəcəyini bildirib: “Həmin sammitdə gündəliyimizdə olan məsələlərdən biri də dayanıqlı şəhərlər olacaq”.
Günel İbrahimova
Fotolar: Pərvin Zeynal



Son xəbərlər
Son Xəbərlər