Kadr çatışmazlığına görə fəaliyyəti 2 saatlıq dayandırıldı - ABŞ-nin ən boyük hava limanıdır

kadr-catismazligina-gore-fealiyyeti-2-saatliq-dayandirildi
Oxunma sayı: 119

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) veb-saytında yer alan məlumata görə, Çikaqo O'Hare Beynəlxalq Hava Limanına həyata keçirilən uçuşların müvəqqəti dayandırılması barədə göstəriş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “NBC Chicago” telekanalı məlumat yayıb.

“FAA Çikaqo Terminal Radar Yanaşma Nəzarəti (TRACON) mərkəzindəki kadr çatışmazlığı səbəbindən Çikaqo O'Hare Beynəlxalq Hava Limanına uçuşları qısa müddətə dayandırır”, - bildirilir.

Qeyd edək ki, O'Hare Beynəlxalq Hava Limanı ABŞ-də və dünyada ən böyük və ən işlək nəqliyyat qovşaqlarından biri olub, Çikaqo şəhər mərkəzinin təxminən 27 km şimal-qərbində yerləşir. FAA-nın (Federal Aviasiya Administrasiyası) məlumatına görə, yerli vaxtla saat 10:40-dan 12:15-ə qədər hava limanına enişlərə qadağa qoyulmuşdu.