Türkiyənin maraqla izlənilən “Yeraltı” serialının aktrisaları - Sümeyye Aydoğan və Devrim Özkan arasında insident yaşanması ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda Sultan obrazını canlandıran aktrisa Sümeyye Aydoğan iddiaların yalan olduğunu bildirib.
O vurğulayıb ki, çəkiliş meydançasında heç bir problem yaşanmayıb və Devrimlə münasibətləri çox yaxşıdır.
“Belə bir şey qətiyyən yoxdur, dostlar. Əgər olsaydı, siz də eşidərdiniz. Bunlar yalan xəbərlərdir, belə bir şey baş verməyib”.
Aktrisa həmçinin seriallardakı silahlı səhnələrlə bağlı dəyişikliklərdən də danışıb: “Bəzi uğursuz hadisələrdən sonra biz də təxminən bir həftə fasilə verdik. Bildiyim qədər lazımi düzəlişlər edildi. Biz də nə etmək lazımdırsa, etdik. Amma hazırda heç bir problem yoxdur, işimizə davam edirik”.
Qeyd edək ki, serialda Uraz Kaygılaroğlu, Deniz Can Aktaş və Devrim Özkan kimi aktyorlar rol alır. İddialara görə, serialda Ceylan obrazını oynayan Devrim Özkan layihədən ayrılacaq.
.jpg)
Son xəbərlər
Son Xəbərlər