Sumqayıtda özünə xəsarət yetirən kişi xəstəxanada öldü

sumqayitda-ozune-xesaret-yetiren-kisi-xestexanada-oldu
Oxunma sayı: 2762

Sumqayıt şəhərində özünə xəsarət yetirən kişi ölüb.

“Qafqazinfo”nun məlumatına görə, dekabrın 19-da saat 15 radələrində 28 yaşlı İbrahimov Kənan Ağamir oğlu şəhər ərazisində özünə bıçaqla xəsarət yetirib.

O, polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, saat 20 radələrində xəstəxanada ölüb.

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Məlumata görə, K.İbrahimov narkotik aludəçisi olub. O, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.