“Sunami”nin yerə çırpılma anı - Video

sunaminin-yere-cirpilma-ani
Oxunma sayı: 1103

Hindistanın Haryana ştatının Faridabad şəhərində keçirilən Surajkund yarmarkasında baş verən ağır qəza nəticəsində bir polis əməkdaşı həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

“Qafqazinfo” xəbər verir ki, polisin məlumatına görə, şənbə günü axşam saatlarında “Sunami” adlı iri attraksion havada olarkən sıradan çıxaraq yerə çırpılıb.

Qəza zamanı attraksionda 15-ə yaxın insanın olduğu bildirilir.

Həlak olan şəxs yarmarkada xidmət aparan Palval Polis İdarəsinin əməkdaşı, polis müfəttişi Caqdiş Prasad olub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onun yolda həyatını itirdiyini bildiriblər. Məlumata görə, Caqdiş Prasad mart ayında təqaüdə çıxmalı idi.

Rəsmi açıqlamada qeyd olunub ki, polis müfəttişi insanları xilas etməyə çalışarkən böyük cəsarət göstərib, lakin bu zaman üz və baş nahiyəsindən ağır xəsarətlər alıb.

Qəzadan dərhal sonra yarmarka ərazisi boşaldılıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Hadisə anının videosunu təqdim edirik: