Keçən Milad mərasimində Kaliforniyada mərhum analarının çardağını təmizləyən üç qardaş 1939-cu ilin iyun ayında çıxmış “Superman” komiksinin ilk orijinal nüsxəsini inanılmaz şəkildə yaxşı qorunmuş vəziyyətdə aşkarlayıb.
“Qafqazinfo” xəbər verir ki, Texasda yerləşən “Heritage Auctions” hərracında bu nüsxə 9,12 milyon dollara satılaraq ən bahalı komiks olub.
Hərrac evi bunu “komiks kolleksiyasının zirvəsi” adlandırıb.
Qardaşlar 2024-cü ildə çardaqda, karton qutuda və hörümçək torları arasında altı komiks kitabı tapıblar. Hərrac evinə müraciət etməzdən əvvəl bir neçə ay gözləyiblər, lakin əlaqə saxladıqdan sonra “Heritage Auctions”un vitse-prezidenti Lon Allen San-Fransiskoya gələrək nüsxəni qiymətləndirib.
Qardaşlar öz adlarını açıqlamayıblar, ancaq onların 50-60 yaşlarında olduğu və analarının onlara bahalı komiks kolleksiyasını göstərmədiyi bildirilir. Komiks kitabları analarının və onun qardaşının Böyük Depressiya ilə II Dünya Müharibəsi arasında aldığı kolleksiyadan qalıb.
Alıcının mükafatı da daxil olmaqla, 9 milyon dollardan çox satış qiyməti ilə “Superman”in ilk nüsxəsi əvvəlki ən yüksək qiymətli komiks rekordunu 3 milyon dollarla keçib. Ötən il “Action Comics”in ilk nüsxəsi 6 milyon dollara satılmışdı.

Son xəbərlər
Son Xəbərlər