Suraxanıda yanan yararsız sayğaclar imiş - Fotolar

suraxanida-yanan-yararsiz-saygaclar-imis
Oxunma sayı: 2061

Xəbər verdiyimiz kimi, dünən sosial şəbəkədə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılmışdı.

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın hadisəsi Suraxanı rayonunda, “Azərsu” ASC-yə məxsus Aerasiya stansiyasının boş ərazisində baş verib və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb.

“Yanğın qısa müddət ərzində Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələnin araşdırılması Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçiriləcək”, - məlumatda deyilir.