Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi

tacikistandan-geri-cagirildi
Oxunma sayı: 1203

Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamına əsasən, Ə.Əskərov Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin imzaladığı növbəti Sərəncamla Elxan Cahangir oğlu Qəhrəman Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.