Taleh Kazımov İdarə Heyətinə üzv təyin edildi - Yenilənib

taleh-kazimov-idare-heyetine-uzv-teyin-edildi
Oxunma sayı: 11154

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılıb.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri Taleh Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumatları deputatların diqqətinə çatdırıb. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

***

Daha sonra Taleh Kazımov çıxış edib: “Mənə göstərilən etimada görə cənab Prezidentə təşəkkür edirəm. Mən sizə-deputatlara namizədliyimi təsdiq etdiyinizə, göstərdiyiniz etimada görə təşəkkür edirəm. Sözsüz ki, səlahiyyətlərin məsuliyyətini dərk edərək ölkə başçısı tərəfindən qoyulan və qarşıya qoyulacaq tapşırıqları və ümumiyyətlə, vəzifə öhdəliklərimi layiqincə, vaxtlı -vaxtında yüksək peşəkarlıqla icra edəcəyimə söz verirəm”.

Eldar Tanrıverdi