“Taliban”dan BMT işçilərinə qadağa - Saqqalını qırxan həbs ediləcək

talibandan-bmt-iscilerine-qadaga
Oxunma sayı: 2738

“Taliban” BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Amu TV” məlumat yayıb.

Məlumata görə, Əxlaq və Fəzilət Nazirliyinin nümayəndələri BMT-nin Əfqanıstandakı əməkdaşlarına xəbərdarlıq ediblər ki, saqqalını qırxan şəxslər həbs ediləcək.

Qeyd edək ki, bu “Taliban”ın ölkələrindəki BMT nümayəndələrinə qarşı ilk qadağası deyil. Belə ki, 2023-cü ilin aprelində qadınların təşkilatda işləməsini qadağan ediblər.