“Talibanın” daha 710 üzvü sərbəst buraxıldı

“Talibanın” daha 710 üzvü sərbəst buraxıldı
Oxunma sayı: 815

Əfqanıstan hökuməti son 2 gün ərzində “Taliban” hərəkatının 710 üzvünü azadlığa buraxıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, daha 290 nəfərin də sabah buraxılması planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Əfqanıstan Prezidenti Əşrəf Qani Ramazan bayramı ərəfəsində atəşkəs razılığının əldə olunmasına görə 2000-dək “Taliban” üzvünün azadlığa buraxılması haqda əmr vermişdi.

Taliblər də öz növbələrində, 70 əfqan əsirini azad ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi